|
«İP» - öz müştərilərinə bütöv və kompleks şəkildə xidmətlər təklif edən bir agentlikdir. Bura PR kampaniyalar, marketinq araşdırmaları, reklam kampaniyalarının kreativ işlənməsi, media planlaşdırma, promouşn aksiyalar və s. daxildir. Bundan əlavə agentlik tərəfindən ölkədə analoqu olmayan iki xüsusi proqram işlənib hazırlanmış və bu günə qədər uğurla tətbiq olunmaqdadır. Şirkətlərlə əməkdaşlığımız həm abonent xidməti, həm də fərdi layihələr və sifarişlər əsasında həyata keçirilir.
«PR Təqvim» - bu proqram köməyilə hər bir müştəri şirkət növbəti ay üçün öz PR fəaliyyətini planlaşdıra bilər. Proqrama bir çox əlamətdar günlər – dövlət bayramları, iri şirkətlərin və dövlət qurumlarının yaranma tarixləri, peşə bayramları, ictimai və siyasi xadimlərin, iş adamlarının, KİV rəhbərlərinin və ictimaiyyət üçün maraqlı olan digər şəxslərin doğum tarixləri, müxtəlif ölkələrdə qeyd olunan günlər və s. daxil edilib. Məhz bu tarixlərin və onlara uyğun agentlik tərəfindən hazırlanan təbrik məktublarının köməyilə hər bir şirkət istədiyi şəxsi, yaxud qurumu təbrik edə bilər. Burada əsas məqsəd şirkətin ictimaiyyətlə əlaqələrinin yaxşılaşdırılması və müsbət ictimai rəy yaratmaqdır. «FAL» proqramı – KİV-in monitorinqi əsasında aparılan media analiz nəticəsində hər hansı şirkətin reytinqinin qalxıb enməsini müəyyən edir və bu haqda həmin şirkətə ətraflı hesabat verilir. Beləliklə, bu proqramın xidmətlərindən istifadə edən hər bir şirkət öz fəaliyyətində imicinə xələl gətirən və reytinqinin düşməsinə səbəb olan qüsurları və neqativ qiymətləndirilən halları operativ şəkildə aradan qaldırmaq, düzgün strategiya seçmək, görülən işlərin nəticəsini və ictimaiyyət tərəfindən verilən qiyməti görmək imkanına malik olur.
|
|